ProSBC nədir?
ProSBC zəngin funksionallıq, yüksək performans və asan istifadəyə malik SBC (Session Border Controller) həllidir. Çevik quruluşu sayəsində birbaşa çoxlu istifadə sahəsi mövcuddur. Mövcud SIP sistemlərinə inteqrasiyası çox asandır. Proqramlaşdırıla bilən xüsusiyyətləri ilə genişləndirilə bilməsi xüsusi layihələr üçün asanlıqla genişləndirilməsinə imkan verir.
Əsas xüsusiyyətlər
- Back-to-back user agent (B2BUA)
- SRTP (Secure Realtime Transport Protocol) ilə mesajların bütövlüyünü və RTP təkrar hücumlarını (replay attacks) dayandırmağı təmin edən şifrələnmiş RTP dəstəyi.
- TLS dəstəyi sayəsində serverlər arası əlaqəni şifrələyir.
- Aparat təminatından asılı deyil, proqram təminatıdır.
- 1000 cps-ə qədər yüksək performanslı məhsuldur.
- Anında miqyaslaşdırıla bilər, 100-dən 60.000 oturuma qədər istifadə oluna bilər.
- DoS/DDoS qoruması, dinamik qara siyahı və zəng giriş nəzarəti ilə təhlükəsizdir.
- RTP Bypass funksionallığı ilə istənilən halda RTP-ni özü üzərinə almır.
- SIP header-larını tələbatınıza uyğun olaraq dəyişdirməyə imkan verir.
- Register hücumlarını əngəlləyir.
- MOS (Mean Opinion Score) dəyərini hesablayır və CDR/RADIUS-ə yazıla bilər.
- Veb əsaslı asan quraşdırma
- Coğrafi yedəklilik dəstəyi mövcuddur.
- Transkoding dəstəyi mövcuddur (əlavə modul ilə).
- Topologiyanın gizlədilməsini təmin edir.
- Çevik zəng yönləndirmə.
- SIP UDP/TCP çevrilməsini təmin edir.
- Oturum başına band genişliyi məhdudiyyəti tətbiq edir.
- 1+1 yedəklilik dəstəyi (aktif/passiv).
Performans
| Mövzu | VMWARE 6.51 | OPENSTACK KVM | BARE-METAL | AZURE |
|---|---|---|---|---|
| Maksimum oturum (transkoding olmadan) | 26,000 | 32,000 | 60,000 | 4000 |
| Maksimum oturum (bütün transkoding ilə) | 13,000 | 16,000 | 30,000 | 0 |
| Maksimum tamamlanmış oturum (CPS/CSPS) | 600 | 600 | 1,100 | 200 |
| Maksimum zəng tələbi - tərəfin rəddi ilə cavab verərkən (CAPS/SAPS) | 1,250 | 1,250 | 1,400 | 740 |
| ...routing motoru rədd edərkən | 1,920 | 1,920 | 2,000 | 2,000 |
| ...zəng məşğulluğu ilə rədd edərkən | 4,000 | 4,000 | 6,000 | 6,500 |
| Maksimum saniyədə register tələbi (RPS) | 3,400 | 3,400 | 4,700 | 2,200 |
| Maksimum saniyədə register yeniləmə tələbi (RRPS) | 13,000 | 13,000 | 19,800 | 6,100 |
| Maksimum register cihaz dəstəyi | 350,000 | 350,000 | 350,000 | 350,000 |
Təhlükəsizlik
DoS/DDoS hücumlarına qarşı qoruyur. NAT problemlərini həll edir. Topologiyanın gizlədilməsini təmin edir.

Son istifadəçi ilə SIP serveriniz arasındakı trafiyi şifrələmək üçün istifadə edilə bilər.

Real Vaxtda Fraudun (Kəşfiyyatın) Əngəllənməsi
Gələn və gedən zəng trafiyini izləyərək, hər zəng üçün uyğun riski hesablayır. Real vaxtda fraud təyini aparan (TransNexus, YouMail və JeraSoft) xidmət təchizatçıları ilə inteqrasiya edilə bilər.

Peering SBC
Telekom operatorları arasındakı bağlantılarda uyğunluğu təmin edir, trafik idarəsinə imkan verir və hesablaşma ehtiyaclarını cavablandırır. CDR (hesabat) yaradır.

Giriş SBC
Arxasında yerləşən PBX, Softswitch, konfrans sistemi və s. kimi sistemlərə qeyri-təhlükəsiz şəbəkələrdən giriş təhlükəsizliyə alınır. NAT problemlərini həll edir. Register hesabları üçün pass-through dəstəyi mövcuddur.

SIP Trunking
SIP trunk xidməti təqdim edən operatorlarla inteqrasiya üçün istifadə olunur. Həmçinin trafik idarəsi və yüklərin paylanması dəstəyini də təqdim edir.
